photo

Baku Klişe MMC qrafik dizayn şirkəti öz fəaliyyətinə 2017-ci ildə başlamışdır. Xidmətlərimizə əsasən flekso klişe istehsalı, həmçinin istənilən növ qablaşdırma dizaynı, tərtibatı və dəyişdirilməsi daxildir. Müəssisəmizdə öz sahəsində proffesionallaşmış mütəxəssislər fəaliyyət göstərməkdədir. Dizayn və istehsal xidmətinə görə Azərbaycanda bənzərsiz və yeganə ixtisaslaşmış qurum olan “Baku Klişe MMC” geniş xidmət sahəsinə malik olmaqla yanaşı, daim öz müştərilərinin məmnuniyyəti üçün çalışır.

Şirkətimiz ən son yenilənmiş texnologiyaya malik aparatlarla və keyfiyyətli xammalla müştərilərə qüsursuz klişelər təqdim edir. Baku Klişe həm prestijinə, həm də keyfiyyətli çap qəlibləri istehsalına görə (etiket çap qəlibi, karton çap qəlibi,kisə çap qəlibi və s.)bazarda ilk pillədədir.

photo
photo

Bazarda olan hər bir klişe şirkəti ilə aparacağı rəqabətdə hər zaman üstünlüyü əldə edə biləcək gücə sahibdir. Ona görə də istehsal olunan keyfiyyətli qəliblər nəticəsində ölkəmizdəki böyük şirkətlər artıq xarici bazarlardan (Rusiya, Türkiyə və s.) klişe idxalını dayandırıb. Bu da ölkəmizin iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. İnnovativ və texnoloji yeniliklərə açıq olmaq, əməkdaşlarımızla aramızdakı bağları möhkəmləndirmək və qoruyub saxlamaq bizim əsas qayəmizdir.

Partnyorlarımız

Bizimlə Birlikdə Yaradın Və Böyüyün!

Baku Klişe Şirkəti, müştərilərinin tələblərinə uyğun klişe həlləri təmin etməklə yüksək keyfiyyət və müştəri memnuniyyəti əldə etməkdə nail olmuşdur.

logo
logo
logo
logo